Geceler.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Ərdoğan Əli Əsədovu qəbul etdi - Foto
 
						Ərdoğan Əli Əsədovu qəbul etdi 
							 - Foto
Əlavə olunub: 05.08.2024 | 17:54 | Baxılıb: 1986
Türkiyəyə rəsmi səfəri çərçivəsində Azərbaycanın Baş naziri Əli Əsədov mayın 8-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb.

Nazirlər Kabinetindən “geceler.az”ya bildirilib ki, Ə.Əsədov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Türkiyə dövlətinin başçısına çatdırıb.

Baş nazir cari ilin noyabrında Azərbaycanda keçiriləcək COP29-da iştirakla bağlı Prezident İlham Əliyevin dəvət məktubunu Prezident Rəcəb Tayyib Ərdoğana təqdim edib.

Görüş əsnasında Azərbaycan ilə Türkiyə arasında qardaşlıq və müttəfiqlik əlaqələrinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olundu, qarşılıqlı faydalı əməkdaşlığın müxtəlif istiqamətlərdə perspektivləri müzakirə edilib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.