Geceler.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Gəncədəki davaya görə üç nəfər saxlanıldı
 
						Gəncədəki davaya görə üç nəfər saxlanıldı
Əlavə olunub: 05.09.2024 | 16:02 | Baxılıb: 7662
Mayın 8-də futbol üzrə Azərbaycan U-16 Liqasının hesabat turunda keçirilən “Kəpəz” - “Qəbələ” matçında baş vermiş insidentlə bağlı Gəncə Şəhər Baş Polis İdarəsində müvafiq araşdırmalar başlanıb. 

DİN- Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımovun “geceler.az”ya verdiyi məlumata görə, əməli törətməkdə şübhəli bilinənlər — şəhər sakinləri B. Əhmədov, S. Qasımov və R. Əhmədov saxlanılıb. 

Şübhəli şəxslər barəsində araşdırmalar davam etdirilir.

Araşdırmaların nəticəsindən asılı olaraq onların əməllərinə hüquqi qiymət veriləcəkdir.

Qeyd edək ki, hadisə nəticəsində “Qəbələ”nin iki futbolçusu ciddi xəsarət almışdı.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.