“geceler.az” xəbər verir ki, hadisə Ağsu–Kürdəmir–İmişli avtomobil yolunun Ucarlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “Mercedes” markalı minik avtomobili “Chevrolet”lə toqquşub.
Qəza nəticəsində “Mercedes”in 39 yaşlı sürücüsü Vahid Alıyev hadisə yerində vəfat edib.
Avtomobildə olan xanım sərnişin isə xəstəxanaya yerləşdirilib.