“geceler.az” Türkiyə KİV-ə istinadən xəbər verir ki, müğənni polisə verdiyi ifadəsində narkotik vasitəni satmadığını, özünün istifadə etdiyini bildirib.
Evində aparılan axtarışlar zamanı ümumi çəkisi 15 qram olan “skunk” tipli narkotik vasitə ilə birlikdə 2 min avro, 730 dollar və 1500 TL götürülüb.
***
Müğənni məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb. Onun ölkədən çıxışına qadağa qoyulub.