Geceler.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Paytaxtda 2 nəfər özünü binadan atdı
 
						Paytaxtda 2 nəfər özünü binadan atdı
Əlavə olunub: 04.30.2024 | 09:13 | Baxılıb: 5588
Bakıda iki intihar hadisəsi baş verib.

“geceler.az” xəbər verir ki, hadisələrdən biri Nərimanov rayonu F.X.Xoyski küçəsində qeydə alınıb.

Belə ki, sözügedən küçədəki 16 mərtəbəli binada yaşayan 1987-ci il təvəllüdlü Baba Mahmudov özünü 11-ci mərtəbədən atıb. Özünü yaşadığı mənzilin mətbəxindən atan 37 yaşlı kişi hadisə yerində ölüb.

Oxşar hadisə Nizami rayonu Q.Qarayev prospektində də baş verib. 1967-ci il təvəllüdlü Leyli Babakişiyeva özünü yaşadığı binanın 8-ci mərtəbəsindəki mənzildən atıb. O, hadisə yerində dünyasını dəyişib.

Hər iki hadisə ilə bağlı araşdırma aparılır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.