Geceler.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Rusiyada azyaşlı uşaqlar avtobusu yandırdı - Video
 
						Rusiyada azyaşlı uşaqlar avtobusu yandırdı 
							 - Video
Əlavə olunub: 05.08.2024 | 20:12 | Baxılıb: 1739
Rusiyanın Novosibirsk şəhərində azyaşlı uşaqlar avtobusu yandırıb.

“geceler.az” xəbər verir ki, bu barədə “Incident Novosibirsk” teleqram kanalı məlumat yayıb.

Hadisə Viktor Usa küçəsində baş verib. Hadisə şahidinin sözlərinə görə, təxminən altı yaşlı uşaqlar maşını bir neçə dəfə yandırmağa cəhd etsələr də, üçüncü dəfə buna nail ola biliblər. Oturacaqlardan birini əhatə edən yanğın kabinənin qalan hissəsinə keçib.

“Avtobusda benzin olub və partlayışlar baş verib”, - nəşr yazıb.

Əraziyə gələn Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yanğını tez bir zamanda söndürüblər. Yanğın zamanı xəsarət alan olmayıb.

Hadisə yerindən çəkilən görüntülərdə avtobusun tamamilə yandığı görünür.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.