Geceler.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Sabah 4 rayonda qaz olmayacaq
 
						Sabah 4 rayonda qaz olmayacaq
Əlavə olunub: 05.06.2024 | 22:48 | Baxılıb: 7770
“Sərdarov zavodu(Əhali)” orta təzyiqli qaz kəmərində və “Abşeronneft” NQÇİ-yə məxsus 3 qaz ölçü qovşağında daraldıcı qurğuların  əvəzlənməsi, Sabunçu rayonunun Oskar Əfəndiyev küçəsində 64 mənzilli yaşayış binasının qazlaşdırılması üçün yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması, Tovuz rayonunu təbii qazla təmin edən orta təzyiqli kəmərin kipliyə sınaq olunması ilə əlaqədar 07.05.2024-cü il saat 10:00-dan qaz təchizatı dayandırılacaq. 

Bu barədə “geceler.az”ya “Azəriqaz” İB-dən bildirilib.

Təmir-quraşdırma işləri görülən müddətdə Binəqədi rayonunun (Binəqədi qəsəbəsi, Binəqədi kəndi, Mədən ərazisi, Baksol yolu, Binəqədi şosesi), Xəzər rayonunun (Pirallahı qəsəbəsi), Sabunçu rayonunun (O.Əfəndiyev, X.Xasməmmədov, Ə.Kərim, E.Rəhimov və R.Qəmbərov küçələri) və Tovuz rayonunun (Tovuz şəhəri, Ağdam, Qazqulu, Bozalqanlı, Aşağı Öysüzlü, Yuxarı Öysüzlü, Hacallı, Yuxarı Mülkülü və Əlibəyli kəndləri) bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.