Geceler.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 08.26.2025 | 20:52 | Baxılıb: 1707
Yevlax rayonunda bıçaqlanma hadisəsi baş verib.

“geceler.az"in xəbərinə görə, hadisə rayonun Havarlı kəndində olub.

Belə ki, kənd sakini 1959-cu il təvəllüdlü Hüsü Talıbov mübahisə zəminində bıçaq xəsarəti alıb.

Yaralı H.Talıbov Mingəçevir Şəhər Xəstəxanasına yerləşdirilib, vəziyyəti orta ağır qiymətləndirilir.

Hadisəni törətməkdə H.Talıbovun oğlu Vüsal Talıbov şübhəli bilinir.

Həmin şəxsin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.

Faktla bağlı Yevlax Rayon Polis Şöbəsində araşdırma aparılır.

***

DİN-in Mətbuat xidmətinin regional qrupundan “geceler.az”ya verilən məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən zərərçəkmişin 36 yaşlı oğlu  Vüsal Talıbov polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıb. 

Faktla bağlı cinayət işi  başlanılıb. İbtidai istintaq aparılır. 

Qeyd edək ki, saxlanılan şəxs – V.Talıbov Vətən müharibəsi qazisidir.

Ziya Əmirxanlı

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.