Geceler.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 07.25.2025 | 21:48 | Baxılıb: 3983
Türkiyənin Əskişəhər, Antalya, Adana və Dənizli şəhərlərindəki meşə yanğınları nəzarət altına alınıb, Karabükdə isə davam edir.

“geceler.az” xəbər verir ki, bunu ölkənin kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklı açıqlayıb.

Nazir bildirib ki, bugünədək 37-si meşə, 36-sı kənd yerlərində olmaqla ümumilikdə 73 yanğınla mübarizə aparılıb:

“Şəhidlər verdiyimiz Əskişəhərin Seyitqazi bölgəsindəki meşə yanğınını da nəzarət altına aldıq”.

Xatırladaq ki, Əskişəhərdəki yanğında 10 nəfər meşə işçisi alovun söndürülməsi istiqamətində aparılan əməliyyatlar zamanı həlak olmuşdu.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.