Geceler.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 08.13.2025 | 09:21 | Baxılıb: 1173
Mingəçevirdə mübahisə qanla yekunlaşıb.

“geceler.az"in məlumatına hadisə şəhərin Nizami küçəsində baş verib.

Belə ki, Yevlax rayon sakini, 2004-cü il təvəllüdlü  Rəşad Məmmədov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı 1995-ci il təvəllüdlü İbrahim Tahirinin döş nahiyəsinə bıçaqla xəsarətlər yetirib. Yaralı Mingəçevir şəhər xəstəxanasına yerləşdirilib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan saytımıza bildirilib ki, əməli törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı istintaq araşdırmaları aparılır.

Ziya Əmirxanlı

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.