Geceler.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
4 yaşlı uşaq kirayə tutduqları villanın hovuzunda boğuldu
 
						4 yaşlı uşaq kirayə tutduqları villanın hovuzunda boğuldu
Əlavə olunub: 07.10.2025 | 09:26 | Baxılıb: 6832
Qəbələdə faciəvi hadisə baş verib.

“geceler.az” xəbər verir ki, Bakının Qaradağ rayonu Lökbatan qəsəbə sakini 2021-ci il təvəllüdlü C.Qasımova Qəbələnin Vəndam qəsəbəsində villanın həyətindəki hovuza düşüb.

Hadisə dünən saat 18 radələrində qeydə alınıb.

Azyaşlı valideynləri ilə birgə kirayə qalmaq məqsədilə tutduqları evin həyətindəki hovuza diqqətsizlikdən düşərək boğulub. Onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Qəbələ Rayon Prokurorluğunda araşdırma aparılır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.