Geceler.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 08.02.2025 | 12:19 | Baxılıb: 31376
Türkiyəli məşhur aktyor İsmail Hacıoğlu 2020-ci ildə boşandığı Duygu Kumarki ilə yenidən evlənib.

“geceler.az” xəbər verir ki, bu barədə cütlük instaqram hesabında paylaşım edib.

Onlar İstanbulun Çengelköy rayonunda yaxtada yaxınlarının iştirakı ilə toy mərasimi keçiriblər.

Qeyd edək ki, İ.Hacıoğlunun ilk evliliyi aktrisa Vildan Ataseverlə 2010-cu ildə olub, 5 il sonra boşanıb. Daha sonra o, Duygu Kaya Kumarki ilə ailə həyatı qurub. Lakin onunla da 4 il evli qalıb. Onun bir müddət aktrisa Aslıhan Gürbüzlə də münasibəti olub, evlənəcəkləri gözlənilsə də, ayrılıblar. Bundan sonra 39 yaşlı aktyor yenidən Duygu Kumarki ilə barışıb və ötən gün evləniblər. Onların  Yemin adlı qızı var.






Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.