Geceler.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
ABŞ-dən Əbu-Dabi görüşünə - Münasibət - Video
 
						ABŞ-dən Əbu-Dabi görüşünə 
							 - Münasibət - Video
Əlavə olunub: 07.11.2025 | 08:19 | Baxılıb: 5343
“ABŞ Azərbaycan və Ermənistanın sülh istəklərini dəstəkləyir”.

“geceler.az” xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Temmi Bryus mətbuat konfransında azərbaycanlı hüquq müdafiəçisi Əhməd Şahidovun Azərbaycan və Ermənistan liderləri arasında Əbu-Dabidə keçirilən görüşlə bağlı sualını cavablandırarkən deyib.

“Biz Cənubi Qafqazda sülhün və sabitliyin təşviqi üzrə səyləri dəstəkləyirik. Vaşinqton müvafiq KİV-lərin məlumatlarını izləyir. Hazırda bununla bağlı əlavə məlumatımız yoxdur”, - o deyib.

O, ABŞ-nin hazırkı administrasiyasının mövqeyini də qeyd edib: “Bildiyiniz kimi, Prezident Tramp və dövlət katibi Marko Rubionun yanaşması öz sözünü deyir. Amerika liderinin Nazirlər Kabinetinin son iclasındakı bəyanatları bu administrasiyanın sülhə sadiq olduğunu açıq şəkildə göstərdi”.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.