Geceler.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
ADY Ağdam-Xankəndi dəmir yolu ilə bağlı məlumat yaydı - Video
 
						ADY Ağdam-Xankəndi dəmir yolu ilə bağlı məlumat yaydı 
							 - Video
Əlavə olunub: 07.08.2025 | 16:20 | Baxılıb: 1882
Bərdə-Ağdam dəmir yolu xəttinin davamı olan Ağdam-Xankəndi dəmir yolu Qarabağ iqtisadi rayonunda nəqliyyat infrastrukturunu təkmilləşdirərək sərnişindaşımada mobilliyi artıracaq.

“geceler.az” xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları (ADY) məlumat yayıb.

Bildirilib ki, uzunluğu 28 kilometr olan bu dəmir yolu xətti üzrə layihələndirmə işləri tamamlanıb.

Məlumatda, həmçinin Əsgəran və Xocalı stansiyalarının, Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin inşa olunacağı, Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin Qarqarçayın sahilində, 6.4 ha sahədə tikiləcəyi və beşmərtəbəli kompleksin ərazisində 2 dəmir yolu platforması və 12 avtobus dayanacağının inşasının nəzərdə tutulduğu bildirilib.

Qurum layihə ilə bağlı videomaterial da yayımlayıb:

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.