Geceler.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Altı ay komada qalan yeniyetmə vəfat etdi - Foto
 
						Altı ay komada qalan yeniyetmə vəfat etdi 
							 - Foto
Əlavə olunub: 08.25.2025 | 15:47 | Baxılıb: 2023
Altı ay əvvəl Biləsuvar rayonunda avtomobil qəzasına düşən 14 yaşlı yeniyetmə vəfat edib.

“geceler.az” Oxu.az-a istinadən xəbər verir ki, hadisə martın 1-də Biləsuvar-Bəhramtəpə avtomobil yolunun Nərimankənd kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 2008-ci il təvəllüdlü E.Muradlı atasına məxsus “Niva” markalı avtomobildə olarkən idarəetməni itirib.

Yol kənarındakı işıq dirəyinə çırpılan avtomobil daha sonra aşıb. Qəza nəticəsində sürücü və maşında olan 2011-ci il təvəllüdlü sərnişin Tunar Əlizadə xəsarət alıblar. Hər iki yaralı təcili yardım vasitəsilə rayon xəstəxanasına çatdırılıb.

Sürücünün xəsarəti yüngül olduğundan ambulator müalicəyə buraxılıb. Qapalı kəllə-beyin travması alan Tunar Əlizadə daha sonra ixtisaslaşmış xəstəxanalardan birinə göndərilib. O, 6 ay komatoz vəziyyətdə olub və bu gün xəstəxanada dünyasını dəyişib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.