Geceler.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Ançelotti bir il müddətinə azadlıqdan məhrum edildi
 
						Ançelotti bir il müddətinə azadlıqdan məhrum edildi
Əlavə olunub: 07.09.2025 | 20:00 | Baxılıb: 10745
“Real Madrid”in keçmiş baş məşqçisi Karlo Ançelotti vergi fırıldaqçılığına görə bir il müddətinə azadlıqdan məhrum edilib.

“geceler.az” xəbər verir ki, bu haqda “EFE Noticias” məlumat yayıb.

Bildirilir ki, Braziliya millisinin hazırkı məşqçisi 2014-2015-ci illərdə İspaniyanın vergi qanunlarını pozmaqda iki maddə üzrə ittiham olunub.

İtalyanın vergi borcunun ümumi məbləği 1 217 958 avro təşkil edib. Məlumata görə, cəza şərtidir.

Qeyd edək ki, mayın 23-də “Real Madrid” Ançelottinin baş məşqçi postundan istefa verdiyini açıqlayıb. O, daha sonra Braziliya millisi ilə anlaşıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.