“geceler.az” xəbər verir ki, London təmsilçisinin yarımmüdafiəçisi Bukayo Saka Premyer Liqanın 2-ci turunda “Lids”ə 5:0 hesabı ilə qalib gəldikləri oyunda zədələnib.
Artıq o, tibbi müayinədən keçib. 23 yaşlı futbolçu 4 həftə yaşıl meydanlardan kənarda qalacaq. Saka bud nahiyəsindən zədələnib.
O, ötən mövsüm “Arsenal”ın heyətində bütün turnirlərdə 37 oyuna çıxıb, 12 qol vurub və 14 məhsuldar ötürmə verib.