Geceler.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Arvadı Makronu yenə biabır elədi - Video
 
						Arvadı Makronu yenə biabır elədi 
							 - Video
Əlavə olunub: 07.11.2025 | 04:23 | Baxılıb: 7140
Fransa Prezidenti Emmanuel Makron yenidən ailə həyatında baş verən gərginliklərlə gündəmə gəlib.

“geceler.az” xarici mətbuata istinadən xəbər verir ki, Makronun həyat yoldaşı Bricit bu dəfə Böyük Britaniyada kral ailəsi ilə gəzinti zamanı ona əlini verməkdən imtina edib.

Kadrlarda Fransa liderinin Böyük Britaniya Kralı III Çarlz ilə danışdığı və eyni zamanda həyat yoldaşının əlindən tutmağa çalışdığı, lakin Bricitin əlini kənara çəkməsi əks olunub.

Xatırladaq ki, bu, tərəflər arasında baş verən ilk qalmaqal deyil. May ayında Makronun xanımı ilə Vyetnama səfəri zamanı da onların arasında gərginlik baş vermişdi. Həmin vaxt Bricit Makron təyyarədən enərkən Emmanuel Makronun üzünə şillə vurmuşdu.

Bu yaxınlarda da Makron hava limanında təyyarənin pilləkənləri ilə enərkən əlini həyat yoldaşına uzatsa da, Bricit buna məhəl qoymayıb və tutacaqlardan istifadə edib.

Görüntüləri təqdim edirik:

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.