Geceler.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Arvadını öldürmək istəmişdi - 15 il həbs verildi
 
						Arvadını öldürmək istəmişdi 
							 - 15 il həbs verildi
Əlavə olunub: 07.10.2025 | 10:54 | Baxılıb: 1169
Lənkəranda arvadını qəsdən öldürməyə cəhddə təqsirləndirilən 49 yaşlı Etibar Nəhmətova hökm oxunub.

“geceler.az” xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə o, Cinayət Məcəlləsinin 29.120.2.2-ci və  29.120.2.4-cü (xuliqanlıq niyyətilə və xüsusi amansızlıqla adam öldürməyə cəhd) maddələri ilə ittiham olunub.

Məhkəmənin hökmü ilə E.Nəhmətov 15 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Qeyd edək ki, hadisə bu ilin 6 fevralında rayonun Şilavar kəndində baş verib. E.Nəhmətov həmin vaxt həyat yoldaşı 1978-ci il təvəllüdlü Təranəyə uşaqların gözü qarşısında çoxsaylı bıçaq zərbələri endirərək qəsdən həyatdan məhrum etməyə cəhd edib.

Xəstəxanaya çatdırılan qadının həyatı xilas edilib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.