Geceler.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Astarada 47 yaşlı qadın öldürüldü, oğlu saxlanıldı - Yenilənib
 
						Astarada 47 yaşlı qadın öldürüldü, oğlu saxlanıldı 
							 - Yenilənib
Əlavə olunub: 08.22.2025 | 16:42 | Baxılıb: 2649
Astara rayonunda 47 yaşlı qadın qətlə yetirilib.

“geceler.az” xəbər verir ki, hadisə şəhər mərkəzindəki evlərdən birində qeydə alınıb.

26 yaşlı Murad Kazım oğlu Kazımzadə aralarında yaranmış mübahisə zəminində anası Məhəbbət Qasımovanı bıçaqlamaqda şübhəli bilinir.

Ağır xəsarət alan qadın ölüb.

Polis əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən şəxsin tutulması istiqamətində tədbirlər görülür.

***

Avqustun 22-də saat 15 radələrində 1978-ci il təvəllüdlü Məhəbbət Qasımovanın yaşadığı evdə kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

DİN Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, münaqişə zəminində həmin cinayət əməlini törətməkdə şübhəli bilinən oğlu, 1999-cu il təvəllüdlü Murad Kazımzadə polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırma aparılır.

***

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, avqustun 22-də saat 15 radələrində Astara şəhər sakini 1978-ci il təvəllüdlü Məhəbbət Qasımovanın yaşadığı evdə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla 1999-cu il təvəllüdlü Murad Kazımzadənin aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək anası Məhəbbət Qasımovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. M.Kazımzadə iş üzrə şübhəli  şəxs qismində tutulub.

Hazırda istintaq davam edir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.