Geceler.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“Azərbaycanla gediş-gəlişi sadələşdirməyə hazırıq” - Paşinyan
 
						“Azərbaycanla gediş-gəlişi sadələşdirməyə hazırıq” 
							 - Paşinyan
Əlavə olunub: 08.21.2025 | 19:44 | Baxılıb: 3469
Ermənistanın Baş naziri Nikol Paşinyan sülh sazişinin paraflanmasından sonra Azərbaycanla Ermənistan arasında əlaqələrin növbəti mərhələsindən bəhs edib.

“geceler.az” Ermənistan KİV-ə istinadən xəbər verir ki, Paşinyan jurnalistlərə açıqlamasında deyib ki, əgər sülh müqaviləsi imzalanarsa, qısa zamanda Ermənistanla Azərbaycan arasında müəyyən ticarət əlaqələri yaranacaq və zamanla inkişaf edəcək.  

Onun sözlərinə görə, Vaşinqton Bəyannaməsinin üçüncü bəndində tərəflərin daxili nəqliyyat əlaqələri, yəni, iki ölkənin bir-birinin ərazisindən keçidinin əhəmiyyəti vurğulanıb:

“Ermənistan iki ölkə arasında gediş-gəlişi sadələşdirməyə hazırdır”.

Onun sözlərinə görə, biometrik pasportla xaricə səyahət forması necədirsə, gələcəkdə iki ölkə arasında da bu cür nümunənin tətbiq ediləcəyi nəzərdə tutulur. 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.