Geceler.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Badminton Federasiyasında yeni təyinat
 
						Badminton Federasiyasında yeni təyinat
Əlavə olunub: 08.25.2025 | 13:10 | Baxılıb: 2576
Tanınmış güləş hakimi Əjdər Cəfərovun Azərbaycan Badminton Federasiyasında təyinatı baş tutub. 

“geceler.az” xəbər verir ki, bu barədə Federasiyanın rəsmi saytı məlumat yayıb.

Belə ki, Əjdər Cəfərov Azərbaycan Badminton Federasiyasının prezidenti Taleh Ziyadovun idman məsələləri üzrə müşaviri təyin olunub.

Qeyd edək ki, Cəfərov Əjdər Xosrov oğlu 2011–2016-cı illərdə Azərbaycan Güləş Federasiyasının baş katibi vəzifəsində çalışıb. O, idman ustası, əməkdar məşqçi və olimpiya kateqoriyalı beynəlxalq hakimdir.

O, 2010 – Sinqapur Yeniyetmələrin Yay Olimpiya Oyunları, 2012 – London Yay Olimpiya Oyunları və 2014-cü ildə keçirilən Nanjing Yeniyetmələrin Yay Olimpiya Oyunlarında hakimlik edib. 

2012-ci ildə Prezidentin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub.

Həmçinin Beynəlxalq Güləş Federasiyası (FILA) tərəfindən güləş qaydalarının dünyada təbliğinə görə yüksək mükafata layiq görülüb.

2015-ci ildə isə Azərbaycan Prezidentinin Fəxri diplomu ilə təltif edilib. Bununla yanaşı, 2015-ci ildə Bakıda keçirilən I Avropa Oyunlarında güləş yarışlarının beynəlxalq koordinatoru vəzifəsini icra edib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.