Geceler.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Bakıda kanalizasiya daşdı, evlər su altında qaldı - Video
 
						Bakıda kanalizasiya daşdı, evlər su altında qaldı 
							 - Video
Əlavə olunub: 05.08.2024 | 11:21 | Baxılıb: 2219
Dünən yağan güclü yağış nəticəsində paytaxtın bir neçə ərazisini su basıb.

“geceler.az"in “İTV Xəbər”ə istinadən məlumatına görə, buna səbəb Biləcəri qəsəbəsində yağış və kanalizasiya sularının daşmasıdır.

Evləri su altında qalan sakinlər bildirir ki, aidiyyəti qurumlar zənglərə cavab vermir, şikayətlərlə maraqlanmırlar:

“Bir gündə on dəfə zəng etmişəm. Cavab verən yoxdur” .

Biləcəri bələdiyyəsinin sədri Etibar Cabbarov deyib ki, narahatlığa heç bir əsas yoxdur:

“Yağış intensiv yağdığından nasoslar çatdırmırdı. Hazırda nasoslar tam gücü ilə işləyir”.

“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı isə qeyd edib ki, mövcud kanalizasiya infrastrukturu həm yağış, həm də tullantı sularını eyni anda daşımaq gücündə deyil.

Ətraflı videomaterialda:

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.