Geceler.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 07.23.2025 | 02:17 | Baxılıb: 2158
Moskvada məşhur “Baza” teleqram kanalının baş redaktoru Qleb Trifonov və onun həmkarı rüşvətdə şübhəli bilinərək saxlanılıblar.

“geceler.az” bu barədə TASS-a istinadən xəbər verir. 

Məlumata görə, axtarışlar zamanı istintaq üçün mühüm əhəmiyyət kəsb edən sənədlər və elektron informasiya daşıyıcıları aşkar edilərək götürülüb.

Həmçinin İstintaq Komitəsinin yaydığı məlumata görə, Krasnodar və Krasnoyarsk diyarlarında, eləcə də Belqorod vilayətində müstəntiqlər “məhdud girişli məlumatların qanunsuz ötürülməsi və teLeqramda dərc olunması faktlarını” aşkar ediblər.

Qeyd edək ki, polislər ötən gün axtarış aparmaq üçün “Baza” teleqram kanalının ofisinə gediblər. Axtarışlardan sonra nəşrin iki əməkdaşı saxlanılıb və daha sonra sərbəst buraxılıblar.


Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.