Geceler.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
BƏƏ Prezidenti Paşinyanla görüşdü
 
						BƏƏ Prezidenti Paşinyanla görüşdü
Əlavə olunub: 07.10.2025 | 02:39 | Baxılıb: 947
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan BƏƏ-də işgüzar səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb. 

“geceler.az” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Ermənistan hökumətinin Mətbuat xidməti məlumat yayıb.

BƏƏ Prezidenti İrəvanla Bakı arasında sülh sazişi layihəsinin razılaşdırılmasını alqışlayıb və onun tezliklə imzalanacağına ümid etdiyini bildirib.

Paşinyan öz növbəsində, BƏƏ-nin regional sabitliyə töhfəsində və beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsində rolunu qeyd edib.

Bundan əlavə, onlar ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.