Geceler.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Bu ərazidə qaz olmayacaq
 
						Bu ərazidə qaz olmayacaq
Əlavə olunub: 07.11.2025 | 22:21 | Baxılıb: 3517
İyulun 15-də Mingəçevir şəhərinin bəzi küçələrində qaz təchizatı dayandırılacaq.

“geceler.az” xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.

Bildirilib ki, qaz təchizatı şəbəkəsində itkilərin qarşısının alınması məqsədilə qaz təchizat mənbəyi Mingəçevir qazpaylayıcı stansiyası (QPS) “Mingəçevir 1-ci xətt” ölçü qovşağından qidalanan Mingəçevir şəhərində Kür çayının sol sahilində yerləşən kollektordan H.Əliyev prospekti, məcburi köçkün qəsəbəsinə qədər olan d-219 mm-lik L=5600 p/m yerüstü ortatəzyiqli daşıyıcı qaz xəttinin kompressor (1 atm) vasitəsilə kipliyi sınaq ediləcək.

Bu məqsədlə iyulun 15-də saat 10:00-dan sınaq işləri başa çatanadək Mingəçevir şəhərində 12 küçədə 3 200 abonentin qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.