Geceler.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 07.23.2025 | 01:51 | Baxılıb: 6508
Xəbər verdiyimiz kimi, aktyor Burak Özçivit “Kuruluş Osman” serialından ayrılıb.

“geceler.az"in məlumatına görə, o, sosial şəbəkədə bununla bağlı paylaşım edib:

“Vidalaşmaq böyük bir mərifətdir. 6 illik ehtirasın və əməyi üzərindən fərqli təəssürat yaratmağa çalışanlara baxmayaraq, izləyicilərimizə təşəkkür edərək vidalaşmaq istəyirəm. Yeni hekayələrdə görüşmək ümidi ilə!”

Yayılan xəbərlər görə, Özçivit serialın hər bölümü üçün 4 milyon lirə (168 271 manat) ödəniş tələb edib, lakin bu tələbə müsbət cavab verilməyib.

Aktyorun həm serialın prodüseri Mehmet Bozdağın, həm də “Kuruluş Osman”ın rəsmi sosial media hesabını izləmədən çıxarması diqqət çəkib.

Qeyd edək ki, o, serialda “Osman Bey” obrazına həyat verirdi.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.