Geceler.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Ebru Gündeşin əri saxlanıldı
 
						Ebru Gündeşin əri saxlanıldı
Əlavə olunub: 08.22.2025 | 17:45 | Baxılıb: 4065
Türkiyənin tanınmış müğənnisi Ebru Gündeşin əri Murat Özdemir saxlanılıb. 

“geceler.az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Özdemir Səlahəddin Yılmazın rəhbərlik etdiyi cinayət təşkilatına üzv olmaqda ittiham edilir.

Müxtəlif istiqamətlərdə aparılan istintaq hərəkətlərinin təfərrüatlarının yaxın günlərdə ictimaiyyətə açıqlanacağı bildirilib.

Xatırladaq ki, Ebru Gündeşin keçmiş əri olan iş adamı Rza Zərrab da 2016-cı ildə ABŞ-də çirkli pulların yuyulmasında ittiham edilərək həbs olunmuşdu.  

Qeyd edək ki, Ebru Gündeş Murat Özdemirlə bu ilin fevralında ailə qurub. Bu, Ebrunun 4-cü evliliyidir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.