Geceler.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Əli Əsədov pakistanlı nazirlə görüşdü
 
						Əli Əsədov pakistanlı nazirlə görüşdü
Əlavə olunub: 07.10.2025 | 19:32 | Baxılıb: 480
Azərbaycanın Baş naziri Əli Əsədov iyulun 10-da Pakistanın federal hüquq və ədliyyə naziri Azam Nazir Tarar ilə görüşüb.

“geceler.az” xəbər verir ki, görüşdə Azərbaycan ilə Pakistan arasında mövcud olan strateji tərəfdaşlığın uzun illərə söykənən dostluq və qardaşlıq prinsiplərinə əsaslandığı bildirilib.

Dövlətlərarası münasibətlərin bütün sahələrdə yüksək inkişaf dinamikasından məmnunluq ifadə olunub.

İki ölkənin məhkəmə-hüquq sistemləri arasında əməkdaşlığın səviyyəsi yüksək qiymətləndirilib, xüsusilə də ədliyyə nazirlikləri arasında həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində hüquqi sahədə səmərəli tərəfdaşlığın həyata keçirildiyi vurğulanıb.

Görüş zamanı Azərbaycan ilə Pakistan arasında müxtəlif istiqamətlərdə, o cümlədən məhkəmə-hüquq sahəsində qarşılıqlı faydalı əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.