Geceler.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 04.30.2025 | 19:35 | Baxılıb: 3366
Türkiyədə adı “çirkli pulların yuyulması” və “vergi cinayəti” işində hallanan, sosial media fenomeni Dilan Polatın əri, Engin Polat və onun atası Sezgin Polata 5 il 2 ay müddətinə həbs cəzası verilib.

“geceler.az” “Sabah”a istinadən xəbər verir ki, Engin Polat və atası saxta fakturalar və vergi proseduru qanununu ardıcıl olaraq pozduqlarına görə bu cəzanı alıblar.

Ailənin baş mühasibi Ahmet Gün isə 4 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.

Onların “saxta hesablar” və “vergi hiylələri” ilə bağlı işində ümumilikdə dövlətə 44 milyon lirə maddi ziyan vurduğu bildirilib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.