Geceler.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Ermənistan səfiri Rusiya XİN-ə çağırıldı - Video
 
						Ermənistan səfiri Rusiya XİN-ə çağırıldı 
							 - Video
Əlavə olunub: 07.07.2025 | 16:59 | Baxılıb: 2264
Ermənistanın Moskvadakı səfiri Qurgen Arsenyan Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

“geceler.az” xəbər verir ki, bununla bağlı “İzvestiya” qəzeti teleqram kanalında məlumat yayıb.

Ermənistan səfirinin Rusiya XİN-in binasına gəlməsinin görüntüləri də yayılıb.

Erməni səfirin XİN-ə çağırılmasının nə ilə bağlı olduğu rəsmi şəkildə açıqlanmayıb.

Qeyd edək ki, iyulun 4-də Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin Ermənistan Xarici İşlər Nazirliyinə çağırılıb. Ona Rusiya rəsmilərinin və ekspertlərinin respublikadakı daxili siyasi vəziyyətlə bağlı bəyanatlarına etiraz notası təqdim edilib. Buna səbəb Ermənistanda baş verən son siyasi proseslərə Rusiya mediasında və ekspert birliyində səslənən tənqidi qiymətlər olub.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.