Geceler.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Gecə vaxtı evinin yaxınlığında quyuya düşdü
 
						Gecə vaxtı evinin yaxınlığında quyuya düşdü
Əlavə olunub: 07.08.2025 | 13:31 | Baxılıb: 2823
Abşeron rayonunda bədbəxt hadisə baş verib.

“geceler.az” xəbər verir ki, iyulun 6-sı saat 22 radələrində 1956-cı il təvəllüdlü Rza Əhəd oğlu Nəcəfov yaşadığı Fatmayı qəsəbəsindəki evin yaxınlığında boş quyuya düşüb.

Müxtəlif dərəcəli xəsarətlər alan 69 yaşlı kişi xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilib.

Faktla bağlı araşdırmalar aparılır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.