Geceler.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Gəncədə 29 yaşlı şəxs bıçaqlandı - Yenilənib
 
						Gəncədə 29 yaşlı şəxs bıçaqlandı 
							 - Yenilənib
Əlavə olunub: 08.25.2025 | 00:05 | Baxılıb: 1865
Gəncədə bıçaqlanma hadisəsi baş verib. 

“geceler.az”  xəbər verir ki, Gəncədə 29 yaşlı şəxs bıçaqlanıb. Hadisə şəhər ərazisində qeydə alınıb.

1996-cı il təvəllüdlü Elmir Əmirov şəhər xəstəxanalarından birinə yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Hadisənin təfərrüatları araşdırılır.

***

Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində E. Əmirova kəsici-deşici alətlə və yumruqla xəsarət yetirməkdə şübhəli bilinən Sərxan Qəhrəmanov və Ruslan Abbasov saxlanılaraq istintaqa təhvil verilib.​

Yunis Quliyev

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.