Geceler.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 07.25.2025 | 03:46 | Baxılıb: 3812
Belarus Prezidenti Aleksandr Lukaşenko Estoniya tərəfindən onun ölkəyə girişini qadağan edən sanksiyalara ironik reaksiya verib.

“geceler.az” TASS-a istinadən xəbər verir ki, bu barədə prezidentin mətbuat katibi Natalya Eysmont məlumat verib.

“Prezidentin bugünkü “səs-küylü” xəbərə münasibətindən danışa bilərəm. Prezident sözbəsöz bunu dedi: “Heç vaxt, “təəssüf ki”, Estoniyada olmamışam... Və sanksiyaların tətbiqindən sonra fikirləşirəm - görəsən, həyatda qala biləcəyəm?” - deyə Eysmont bildirib.

Qeyd edək ki, Estoniya hökuməti Belarusun 273 vətəndaşının, o cümlədən Prezident Aleksandr Lukaşenkonun ölkəyə girişinə həmişəlik qadağa qoyulması barədə qərar qəbul edib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.