“geceler.az” Rusiya mediasına istinadən xəbər verir ki, danışıqlar Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) Malayziyada keçirilən sammiti çərçivəsində baş tutub.
Görüş 50 dəqiqə davam edib.
Tərəflər arasında danışıqların mövzusu açıqlanmayıb, lakin onların Rusiya-Ukrayna danışıqlarının yeni mərhələsinə hazırlıq məsələlərini müzakirə edə biləcəyi ehtimal olunur.
***
Rusiya Xarici İşlər Nazirliyi tərəflərin Ukrayna məsələsinin nizamlanmasını, İran və Suriya ətrafındakı vəziyyəti müzakirə etdiklərini açıqlayıb.