“geceler.az” xəbər verir ki, Bakı-Qazax yolunun Yeni Qızılca kəndindən keçən hissəsində ağırtonnajlı yük maşını sürücü 1968-ci il təvəllüdlü Ələmdar İsmayılovun idarəetməsindən çıxıb. Nəticədə TIR yolun metal arakəsmələrinə və körpünün aşırımına çırpılıb.
Nəqliyyat vasitəsi yararsız hala düşüb. Hadisə yerinə yol polisi əməkdaşları cəlb olunub.
Qəzanın səbəbləri dəqiqləşdirilir.
Yunis Quliyev