Geceler.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 08.26.2025 | 13:15 | Baxılıb: 1842
UEFA Çempionlar Liqasının pley-offunda “Qarabağ”a qarşı oyundan əvvəl “Ferentsvaroş”un prezidenti Qabor Kubatov sosial şəbəkə hesabında paylaşım edib.

“geceler.az” xəbər verir ki, o futbolçularından qeyri-adi performans göstərmələrini istəyib. 

Klub rəhbəri rəsmi feysbuk səhifəsində bu sözləri yazıb: “Hələ də özümüzü sübut etmək şansımız var. Hər bir oyunçudan qeyri-adi, super-qəhrəman kimi performans tələb olunur. Ancaq onda irəliləmək şansımız olacaq”.

Xatırladaq ki, ilk görüşdə “Qarabağ” 3:1 hesabı ilə qalib gəlib. Cavab oyunu sabah saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.