Geceler.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 08.27.2025 | 09:42 | Baxılıb: 1753
Ötən gün Bakıda ağır yol qəzası baş verib.

“geceler.az” xəbər verir ki, hadisə saat 13 radələrində şəhərin Neftçilər prospekti 83 ünvanında qeydə alınıb.

Belə ki, 2004-cü il təvəllüdlü Əlvan Heybət oğlu İsmayılov idarə etdiyi “Honggi” markalı 90-YJ-634 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən həmin yolda motosikletlə hərəkətdə olan 2001-ci il təvəllüdlü Yəhya Fuad oğlu Zeynalzadəni vurub.

Qəza nəticəsində, Y. Zeynəlzadə aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.