“geceler.az” xəbər verir ki, 2024-2025-ci tədris ilinin sentyabrında işğaldan azad olunmuş Laçın rayonunun Sus kəndində fəaliyyətə başlamış Sus kənd tam orta ümumtəhsil məktəbini bitirən 3 məzunun hər biri tələbə adını qazanıb.
Eyni zamanda, işğaldan azad olunmuş Talış kəndində fəaliyyət göstərən Ağdərə rayonu Talış kənd tam orta məktəbinin 2024-2025-ci tədris ili üzrə məzunlarının hər biri ali təhsil müəssisələrinə qəbul olunaraq tələbə adını qazanıblar.