Geceler.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 08.01.2025 | 11:56 | Baxılıb: 1124
Türkiyənin BluTV internet kanalında yayımlanan “İlk və son” serialının 3-cü mövsümünün baş qəhrəmanları müəyyənləşib.

“geceler.az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu dəfə baş rollar aktrisa Bergüzar Korellə aktyor Timuçin Esenə həvalə olunub. 

Qeyd edək ki, ilk sezonu 2021-ci ildə yayımlanan “İlk ve son” gənc cütlük Barış və Dənizin münasibətindən bəhs edirdi. Bu iki obrazı Özge Özpirinççi və Salih Bademci canlandırıb. 2024-cü ildə yayımlanan ikinci sezonda Hazal Subaşı və Ulaş Tuna Astepenin canlandırdığı Nilüfer və Cihan cütlüyünün yaşadıqları eşq hekayəsi də izləyicilər tərəfindən maraqla qarşılanmışdı. 


Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.