Geceler.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
İstirahətə gedən qadın eyvandan yıxılıb öldü
 
						İstirahətə gedən qadın eyvandan yıxılıb öldü
Əlavə olunub: 08.25.2025 | 11:20 | Baxılıb: 2340
Lənkəranda 45 yaşlı qadın ehtiyatsızlıqdan vəfat edib.

“geceler.az” xəbər verir ki, hadisə rayonun Vel kəndində qeydə alınıb.

Belə ki, 1980-ci il təvəllüdlü Ələkbərova Tünzalə Hidayət qızı eyvanda söykəndiyi məhəccərin qəfil qopması nəticəsində yerə düşüb. Qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Qeyd edilib ki, hadisə baş verən ev mərhuma aid olmayıb. Bakıda yaşayan 3 uşaq anası istirahət üçün tanışının evinə gedibmiş.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.