“geceler.az” xəbər verir ki, bunu “Fənərbaxça”nın baş məşqçisi Joze Mourinyo Çempionlar Liqası pley-off mərhələsində keçiriləcək “Benfika” ilə oyundan əvvəl mətbuat konfransında deyib.
Çalışdırıcı bu sözləri “Fənərbaxça”nın vitse-prezidenti Həmdi Akının açıqlamasına cavab olaraq bildirib: “Sabahkı oyunun asan olduğunu deyən şəxsin kim olduğunu bilmirəm. Mən onu tanımıram”.
Qeyd edək ki, İstanbul təmsilçisinin vitse-prezidenti Hamdi Akın daha öncə “Benfika”nı asanlıqla keçə biləcəklərini və onların vacib komanda olmadıqlarını deyib.
Nihad Əsədov