Geceler.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Kəlbəcərdə hərbçilər qəzaya düşdü - Yaralılar var
 
						Kəlbəcərdə hərbçilər qəzaya düşdü 
							 - Yaralılar var
Əlavə olunub: 07.08.2025 | 09:20 | Baxılıb: 6274
Kəlbəcərdə hərbçilərin olduğu maşın aşıb.

“geceler.az” xəbər verir ki, hadisə rayonun İstisu qəsəbəsində qeydə alınıb.

Beyləqan rayon sakini 1980-ci il təvəllüdlü Xaliq Quliyevin idarə etdiyi “UAZ” markalı avtomobil idarəetmədən çıxaraq dərəyə aşıb.

Nəticədə sükan arxasında olan hərbçi və digər sərnişinlər - Beyləqan rayon sakini 1988-ci il təvəllüdlü Elmir Həsənov və Gəncə şəhər sakini 2000-ci il təvəllüdlü Vaqif Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralıların vəziyyətləri qənaətbəxşdir.

Araşdırma aparılır.

Yunis Quliyev

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.