“geceler.az” bu barədə “Fotomaç”a istinadən xəbər verir.
Məlumata görə, Aktürkoğlu avqust ayının 16-da “sarı-lacivərdlər”lə müqavilə imzalayacaq.
Lakin o da bildirilib ki, “Benfika” futbolçunun keçidinə yalnız “Fənərbaxça”a gələn həftə “Feyenoord” səddini keçə bilməyəcəyi təqdirdə icazə verəcək.
Əks təqdirdə futbolçunun keçid müddəti uzana bilər.
Qeyd edək ki, “Fənərbaxça” Kerem Aktürkoğlu üçün “Benfika”ya 25 milyon avro, futbolçunun özünə isə illik beş milyon avro maaş ödəyəcək.
Onu da əlavə edək ki, Kerem “Benfika”ya “Fənər”in əzəli rəqibi “Qalatasaray”dan transfer olub.