“geceler.az” xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
34 yaşlı futbolçu “Bayer”ə keçəcək. Artıq tərəflər arasında razılıq əldə olunub. Azad agent olan futbolçu Leverkuzen təmsilçisi ilə 2027-ci ilə qədər müqavilə imzalayacaq.
Qeyd edək ki, İspaniyalı müdafiəçi bu il “Real”dan ayrılıb. O 2007-ci ildən Madrid təmsilçisinin heyətində 402 oyuna çıxıb. Bu müddət ərzində o, 23 titul qazanıb.
Nihad Əsədov