“geceler.az” xəbər verir ki, bu barədə “Yonhap News” məlumat yayıb.
“Seul məhkəməsi keçmiş prezident Yun Sok Yolun hərbi vəziyyətin tətbiqinə uğursuz cəhdi ilə bağlı həbs qərarı çıxarıb”, - məlumatda deyilir.
Xatırladaq ki, Yun Sok-Yol müxalifəti qiyama yönələn fəaliyyətdə günahlandıraraq ötən il dekabrın 3-də gecə saatlarında ölkədə fövqəladə hərbi vəziyyət rejimi elan edib. Dekabrın 3-dən 4-nə keçən gecə məsələ parlamentdə səsverməyə çıxarılıb və prezidentdən hərbi vəziyyətin ləğv olunmasını tələb edən qətnamə qəbul olunub. Nəticədə dövlət başçısı təxminən 6 saat davam edən hərbi vəziyyət rejimini ləğv etmək məcburiyyətində qalıb.
Dekabrın 14-də Cənubi Koreya qanunvericiləri prezidentin impiçmentini dəstəkləyiblər. Baş nazir Han Deok Su dövlət başçısı vəzifəsini icra edib. Bildirilib ki, prezidentin vəzifəsindən kənarlaşdırılmasının lehinə 204 deputat, əleyhinə isə 85 deputat səs verib.