Geceler.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi
 
						Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi
Əlavə olunub: 07.10.2025 | 14:39 | Baxılıb: 5307
Bu gün Nərimanov Rayon Məhkəməsində prodüser, aparıcı Tarix Əliyev (Tolik) barəsində xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə iclası keçirilib.

“geceler.az” Axşam.az-a istinadən xəbər verir ki, bir müddət əvvəl Tolikin sosial şəbəkədə canlı yayımda məhbusları təhqir etməsi ilə bağlı iddialar yayılıb. Prodüser isə açıqlama yayaraq belə bir şey etmədiyini, bunların şayiə olduğunu bildirib. Bu məsələdən sonra məhbuslardan birinin həyat yoldaşı Toliki məhkəməyə verib.

Bu gün keçirilən iclasda məhkəmə tərəfindən xüsusi ittiham qaydasında şikayətin icraata götürülməsindən imtina edilib.

T.Əliyevin vəkili Ramil Vəliyev məsələ ilə bağlı danışaraq xüsusi ittiham qaydasında şikayətin əsassız olduğunu deyib. O bildirib ki, şikayət həm də qanunvericiliyin tələblərinə uyğun tərtib edilməyib. Tarix Əliyevdən şikayət vermiş şəxs təhqir edilməyib, həmin şəxsin hər hansı hüququ pozulmayıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.