Geceler.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 07.30.2025 | 09:42 | Baxılıb: 15411
Hollivud ulduzu Jan Klod Van Dammın gəlini, azərbaycanlı pianoçu Suada Hacızadə Bakıya gəlib.

“geceler.az” xəbər verir ki, bununla bağlı Suada sosial media hesabında paylaşım edib.

“Salam. Mənim adım Suadadır. Mən azərbaycanlıyam və böyük çayxoram. Xüsusilə də Xəzər dənizi mənzərəsi ilə çay içməyi çox sevirəm”,- o, paylaşımda bildirib.

Qeyd edək ki, Suada 2021-ci ilin iyununda Van Dammın oğlu Kristoferlə Azərbaycanın Türkiyədəki Baş Konsulluğunda nikah masasına oturub. Cütlük hazırda ABŞ-də yaşayır.




Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.