Geceler.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Mixail Şvıdkoy Mehriban Əliyevanı təbrik etdi
 
						Mixail Şvıdkoy Mehriban Əliyevanı təbrik etdi
Əlavə olunub: 08.25.2025 | 20:45 | Baxılıb: 707
Rusiya Prezidentinin Beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şdkoy Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya təbrik məktubu göndərib.

“geceler.az” xəbər verir ki, təbrikdə deyilir:

“Möhtərəm və əziz Mehriban xanım.

Qadın gözəlliyinin və siyasi yetkinliyin zirvəsində qeyd etdiyiniz doğum günü münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Azərbaycanın tərəqqisinə, beynəlxalq mövqelərinin və suverenliyinin möhkəmlənməsinə yönəlmiş yorulmaz fəaliyyətiniz ölkənizdə və onun hüdudlarından kənarda Sizə dərin hörmət qazandırıb.

Siz Azərbaycanın indiki əmin-amanlığı və ərazi bütövlüyünün bərpası üçün inanılmaz dərəcədə çoxlu iş görmüsünüz. Görkəmli siyasi xadim kimi Siz, eyni zamanda, yaxınlarınızın isindiyi ailə ocağının qayğıkeş qoruyucusunuz və bu, ən yüksək qiymətə layiqdir.

Fürsətdən istifadə edərək bu əlamətdar hadisə münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevə və ailənizin bütün üzvlərinə salamlarımı çatdırmağı Sizdən xahiş edirəm.

Sizə uzun və xoşbəxt illər arzulayıram”.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.