Geceler.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Mixalko Azərbaycandan gedir
 
						Mixalko Azərbaycandan gedir
Əlavə olunub: 08.22.2025 | 17:30 | Baxılıb: 2652
Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi ölkədə dörd illik diplomatik fəaliyyətini başa vuran səfir Peter Mixalko ilə vidalaşıb.

“geceler.az” xəbər verir ki, bu barədə nümayəndəliyin feysbuk hesabında paylaşım edilib. 

“Aİ Nümayəndəliyi dörd illik dəyərli diplomatik xidmətini Azərbaycanda başa vurmuş səfir cənab Peter Mixalko ilə vidalaşdı. Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlığın möhkəmləndirilməsi yolunda göstərdiyi fədakarlıq və töhfə üçün ona dərin minnətdarlığımızı bildiririk. Cənab səfirə və xanımı Miroslava Mixalkovaya gələcək fəaliyyətlərində uğurlar arzulayırıq. Azərbaycanda onlar üçün şübhəsiz darıxacağıq”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, Peter Mixalkonun adı gündəmə həm də məşhur məhkəmə işi ilə gəlmişdi. Belə ki, onun rəhbərliyi dövründə nümayəndəliyin mühasibi Zərifə Abbasova Mixalkonun möhüründən istifadə etməklə 980 min manat vəsait mənimsəyib. İstintaqdan yayınan Z.Abbasovaya məhkəmənin hökmü ilə 10 il 6 ay müddətinə qiyabi həbs cəzası verilib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.